Prokurorluq ov tüfəngi ilə anasını öldürən şəxslə bağlı məlumat yayır
Senaki Rayon Məhkəməsi ittiham tərəfinin təqdim etdiyi sübutları tam şəkildə bölüşüb və təqsirləndirilən şəxsi ağırlaşdırılmış şəraitdə adam öldürməyə cəhddə təqsirli bilib.
InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.
Daxili İşlər Nazirliyinin apardığı araşdırma nəticəsində məlum olub ki, təqsirləndirilən şəxs 29 yanvar 2021-ci il tarixində Senaki şəhərində dözümsüzlük zəminində, öldürmək məqsədilə ov tüfəngi ilə anasının bədəninin müxtəlif nahiyələrinə həyati təhlükəli yaralar vuraraq hadisə yerindən qaçıb. Təcili tibbi yardım nəticəsində zərərçəkmişi xilas etmək mümkün olub.
Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi saxlayıb və barəsində həbs-qətimkan tədbiri seçilib.
Senaki Rayon Məhkəməsi təqsirləndirilən şəxsi Gürcüstan Cinayət Məcəlləsinin 111-19-109-cu maddəsinin 2-ci hissəsinin “d1” və “v” yarımbəndləri ilə ittiham üzrə tam təqsirli bilib. Təqsirləndiliən şəxs 14 il müddətinə azadlıqdan məhrum edilib.


