27 
Okt
2021
18:45
1406

Tea Tsulukiani: "Saakaşvili, həbsxana kamerasından bayıra bax, gör sənin zorakı rejimini xatırlayan nə qədər azad gürcü var"

"Saakaşvili, həbsxana kamerasından bayıra bax, gör sənin zorakı rejimini xatırlayan nə qədər azad gürcü var".

InterPress.ge xəbər verir ki, Gürcüstanın mədəniyyət naziri Tea Tsulukiani Rustavi həbsxanasındakı Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşviliyə “Gürcü Arzusu”nun yekun iclasında belə müraciət edib.

Onun sözlərinə görə, “Gürcü Arzusu” demokratik yolla hakimiyyəti əldə edib.

"Mən öz nəslimin nümayəndəsi kimi hər kəsə xatırlatmaq istəyirəm ki, bu gün biz, “Gürcü Arzusu” demokratik yolla hakimiyyətə gəldik. Saakaşvili, həbsxana kamerasından bayıra bax, gör sənin zorakı rejimini xatırlayan nə qədər azad gürcü var.

Biz yenə də ona qarşı mübarizə aparırıq, bəziləri elə bildi ki, bu şər qüvvə hənsxanada oturanda hər şey bitəcək. Xeyr, daha yaxşı Gürcüstan uğrunda mübarizə o qədər də asan deyil, bizdən əvvəl hər kəs bu torpaqda belə yaşayırdı və bizi qarşıda çoxlu yeni mübarizə gözləyir", - Tea Tsulukiani bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər