Mərkəz rəhbəri mitinq keçirənlərə müraciət etdi
"Siyasi məqsədlərlə mitinq keçirənlərdən son dərəcə tövsiyələrə əməl etmələrini xahiş edirəm: hər həs maskdan istifadə etsin, sosial məsafəni qorusunlar və mümkün qədər tez bitsin".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.
Qamğrelidzenin dediyinə görə, Xəstəliklərə Nəzarət Mərkəzi əhalini hər yerdə, qapalı və açıq məkanda maska taxmağa çağırır.
“Düşünürəm ki, istənilən səbəbdən məsafə saxlamaq və istənilən böyük toplantılardan çəkinin deməyimdən yoruldunuz.
Bu pandemiya zamanı, eyni fövqəladə vəziyyət şəraitində qadağan olunmayan yeganə şey siyasi prosesdir. Mən siyasətə qarışa bilmərəm, amma siyasi məqsədlə mitinq, toplantı keçirən hər kəsə tövsiyə edirəm. Mən bunu qadağan edə bilmərəm, qanun bunu qadağan etmir, amma onlardan son dərəcə tövsiyələrə əməl etmələrini xahiş edirəm: hər həs maskdan istifadə etsin, sosial məsafəni qorusunlar və mümkün qədər tez bitsin", - deyə Qamğrelidze söyləyib.


