Qamğrelidze: "Epidemiya vəziyyəti pisləşdi və..."
"Epidemiya vəziyyəti pisləşdi və yavaş-yavaş, pik həddə çatır".
InterPress.ge xəbər verir ki, bunu Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.
Onun sözlərinə görə, süni nəfəs aparatında olan və ağır xəstələrin sayı artır və səhiyyə sisteminin resursu tükənir.
“Bugünkü məlumatlara görə, proqnoz ümidverici deyil. Səhiyyə sisteminə təzyiq görünür. Xəstəxanada xəstələrin sayı artır, ağır xəstələrin sayı, həmçinin süni nəfəs aparatında olanların sayı artır. Dekabrda, pik həddə 33-34 min aktiv hal var idi, avqustda pikdə 63 min idik, amma artıq 63 min uzaq deyil. Ölkədə hər gün 4-5 min yeni yoluxma qeydə alınarsa, biz səhiyyə sisteminin dözə bilməyəcəyi həddə çox tez çatacağıq", - Qamğrelidze bildirib.


