26 
Okt
2021
11:52
754

Mərkəz rəhbəri tətbiq ediləcək yaşıl pasportla bağlı açıqlama verdi

Xəstəliklərə Nəzarət Mərkəzi bu gün Koordinasiya Şurasının Katibliyinə yaşıl pasportlar üzrə hazırlanmış paket təqdim edib. Katiblik Səhiyyə Nazirliyi ilə birlikdə müzakirə edib qərar qəbul edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.

Onun sözlərinə görə, hazırda Koordinasiya Şurasında yaşıl rəngli kovid pasportları barədə müzakirə aparılır. Eyni zamanda, Amiran Qamğrelidze deyib ki, Koordinasiya Şurası vaksinasiya ilə bağlı məsələləri müzakirə edir, qərarlar konsensus və razılaşma əsasında qəbul edilir.

“Vaksinasiya ilə bağlı məcburiyyət olduqca çətin bir qərardır. Hər çərşənbə axşamı deyirəm ki, mən, Amiran Qamğrelidze bunu dəstəkləyirəm. Tez-tez deyirəm ki, Koordinasiya Şurası ona görə Koordinasiya Şurasıdır ki, qərarlar birtərəfli qəbul edilmir, razılaşdırılmış qərarlar müzakirə və konsensus yolu ilə qəbul edilir. Sizi inandırım ki, vaksinasiyanın məcburi olması ən çətin qərarlardan biridir.

İndi yaşıl pasportlar, ölkədə hansı çərçivənin tətbiq ediləcəyi ilə bağlı müzakirələr gedir. Biz, Xəstəliklərə Nəzarət Mərkəzi paket təqdim etdik və onu Koordinasiya Şurasının Katibliyi Səhiyyə Nazirliyi və digər qurumlarla birlikdə müzakirə etməli və sonra balanslaşdırılmış qərar qəbul etməlidir. Ola bilsin ki, bizdə könüllü sərhəd 35-27 faiz, maksimum 40 faiz olacaq, bundan yuxarı dolayı məcburi mexanizmləri tətbiq etmək lazım olacaq. Yaşıl pasport mexanizmi məcburi deyil”, - deyib Amiran Qamğrelidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər