25 
Okt
2021
16:11
487

Nazir məcburi vaksinasiyadan danışdı

"Hesab edirəm ki, hazırki mərhələdə məcburi vaksinasiyaya ehtiyacımız yoxdur".

InterPress.ge xəbər verir ki, bunu səhiyyə naziri Ekaterine Tikaradze jurnalistlərin sualına cavab olaraq deyib.

O, vaksinasiyanın təşviq edilməsinin və tədbirlərdən çəkinməyin vacib olduğunu söyləyib.

"Əhalinin hər bir təbəqəsinə peyvəndin nə üçün vacib olduğunu mümkün qədər izah etmək, vaksinasiyanı təşviq etmək və hər hansı məcburi tədbirlərdən mümkün qədər çəkinmək üçün bütün səviyyələrdə kommunikasiyanın aktivləşdirilməsi vacibdir. Hesab edirəm ki, hazırki mərhələdə məcburi vaksinasiyaya ehtiyacımız yoxdur. Vətəndaşın vaksinasiyadan imtina etməsinin hər bir səbəbini araşdırmaq vacibdir", - Tikaradze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər