24 
Okt
2021
15:36
868

Gürcüstanda peyvənd məcburi ola bilər - AÇIQLAMA

"Noyabrda məcburi vaksinasiya məsələsi həll oluna bilər".

InterPress.ge xəbər verir ki, bunu Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.

Onun sözlərinə görə, ölkədə əhalinin 35-37 faizi könüllü peyvənd olunub ki, bu da kifayət deyil. Səhiyyə sistemi əhalinin 70-80%-ni peyvənd etməyi qarşısına məqsəd qoyub.

“Kəndlərə gedəndə deyirlər ki, məcburi olacaqsa, peyvənd olunacağam, olmazsa - yox. Fərqli peşələrdən olan insanlar da bizə eyni şeyi söyləyirlər, buna görə də bunun noyabr ayında həll olunacağını düşünürəm. Bir tərəfdən, müəyyən qruplarda məcburi peyvənd, digər tərəfdən peyvənd olunmamış insanların müxtəlif növ fəaliyyətlərdə iştirakına bariyerin tətbiq edilməsi üçün dolayı məcburiyyət.

Düşünürəm ki, bu, yeganə yoldur və bir çox ölkələr tərəfindən istifadə olunur. Əhalinin 35-37%-i könüllü peyvənd oluna bilər, lakin digər növ mexanizmlər iştirak etməsə, sonrakı vaksinasiya sürətindəki artım çətin olacaq",  - Amiran Qamğrelidze Gürcüstanın Birinci Kanalına verdiyi müsahibəsində bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər