20 
Okt
2021
12:28
625

Mərkəz rəhbəri açıqladı: Növbəti qərarlar paketinin hazırlanması üçün bu gün təlimatlar verildi

"Mövcud epidemiyanı nəzərə alsaq, ümidverici bir proqnoz yoxdur və sərt qərarlar tələb olunur".

InterPress.ge xəbər verir ki, Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze epidemiya vəziyyətini belə qiymətləndirib.

Qamğrelidzenin qeyd etdiyinə görə, Koordinasiya Şurasının bugünkü iclasında müəyyən qərarlar paketinin hazırlanması üçün təlimat verilib.

"Proqnoz ümidverici deyil. Növbəti qərarlar paketinin hazırlanması üçün bu gün təlimatlar verildi. Qəti qərarların lazım olacağı ilə razılaşıram. Bunun nə olacağına Koordinasiya Şurası qərar verəcək", - Qamğrelidze bildirib.

O, məhdudiyyətlərin tətbiq edilməsinin tərəfdarı olduğunu da təsdiqləyib. Eyni zamanda, Amiran Qamğrelidzenin sözlərinə görə, yaşıl pasport tətbiq ediləcək, lakin bunun nə vaxt qüvvəyə minəcəyi hələlik bilinmir.

"Əmin olun ki, tətbiq olunacaq, nə vaxt qüvvəyə minəcəyini deyə bilməyəcəyəm. Dəqiq tarixini mən təyin edə bilmərəm. "Yaşıl pasport"la əlaqədar bir çox yanaşma var", - deyib Qamğrelidze.

Bizimlə əlaqə saxlayın