Nazir məhdudiyyətlərlə bağlı açıqlama verdi
"Bu mərhələdə məhdudiyyətlərlə bağlı heç bir təşəbbüsümüz yoxdur".
InterPress.ge xəbər verir ki, bunu jurnalistlərə Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze deyib.
O, koronavirusa yoluxma hallarının artmasına baxmayaraq, məktəblərin bağlanması üçün heç bir gözləntinin olmadığını, çünki Təhsil Nazirliyinin Milli Xəstəliklərə Nəzarət Mərkəzi ilə fəal əməkdaşlıq etdiyini və nəzarətin davam etdiyi söyləyib.
"Bu mərhələdə məhdudiyyətlərlə bağlı heç bir təşəbbüsümüz yoxdur. Bu səbəbdən, növbəti tədbirin nə ola biləcəyini yerində müzakirə edəcəyik. Məktəblərin bağlanması ilə əladar heç bir gözləntimiz yoxdur, çünki Təhsil Nazirliyi Xəstəliklərə Nəzarət Mərkəzi ilə fəal əməkdaşlıq edir və monitorinq aparır. Dərhal reaksiya vermək və bununla da qlobal kilidləmənin qarşısını almaq üçün yerli idarəetmənin çox vacib olduğunu düşünürəm", - deyə o söyləyib.


