15 
Okt
2021
10:28
398

İstintaq Xidməti bir nəfəri saxladı

İstintaq Xidməti külli miqdarda markirlənməli olan aksizsiz malı aksiz markirləməsi olmadan saxlamaq və daşımaq ittihamı ilə bir nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat yayır.

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin İstintaq Departamentinin Mçxeta-Mtianeti Bölməsinin əməkdaşları, əməliyyat-axtarış və istintaq tədbirləri  nəticəsində, külli miqdarda markirlənməli olan aksizsiz malı aksiz markirləməsi olmadan saxlamaq və daşımaq ittihamı ilə bir nəfəri saxlayıblar.

İstintaq müəyyən edib ki, 11 oktyabr 2021-ci ildə təqsirləndirilən şəxs daha sonra satmaq məqsədilə Qori şəhərində xüsusilə külli miqdarda aksizsiz siqaret alıb, onu idarəsi altında olan avtomobilə yerləşdirib və Tbilisiyə daşıyıb. Daha sonra İstintaq Xidmətinin əməkdaşları onu Tbilisi-Senaki-Leselidze avtomobil yolunda saxlayıblar. Axtarış nəticəsində avtomobildən DUBAO firmalı bazar dəyəri 21.000 GEL-dən çox olan 4.999 qutu aksizsiz siqareti götürülüb.

İdarədən verilən məlumata görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 200 -cü maddəsinin üçüncü hissəsi ilə davam etdirilir ki, burada da 6 ildən 8 ilə qədər həbs cəzası nətərdə tutulur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər