Gürcüstanda müxtəlif müəssisələrə daxil olmaq üçün kovid pasport tələb oluna bilər - AÇIQLAMA
Müxtəlif müəssisələrdə "yaşıl pasport"un tətbiq edilməsi məcburiyyəti müzakirə edilir.
InterPress.ge xəbər verir ki, Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bunu təhlükəsizlik baxımından "Yaşıl Pasport"un aktivləşdirilməsi ilə bağlı suala cavab olaraq deyib.
NCDC rəhbəri dövlətin biznesin bu istiqamətdə atdığı təşəbbüsləri alqışladığını bildirib.
“İctimai və ya digər müəssisələrdə yaşıl pasport məcburiyyətinə gəlincə, bu Koordinasiya Şurasında müzakirə olunur. Bəzi ölkələrdə yaşıl pasport olmazsa, ya iki dəfə peyvənd olunmuş olmalısan ya da PCR testindən keçməlisən və yaxud sürətli testin mənfi cavabına sahib olmalısan, ya da ki, son 6 ayda kovid keçirmiş olmalısan.
Bəzi ölkələrdə qonaq müəssisələrinə "yaşıl pasport olmadan" girə bilməzsiniz, bəzi hallarda ölkə daxilində səyahət məhdudlaşdırılır ... Biz belə bir paket təqdim etmişik və Koordinasiya Şurası tərəfindən müzakirə edilir", - deyə o söyləyib.


