Nazir müavini son günlərdə yoluxma sayının artmasına belə münasibət bildirdi
"Son bir neçə gündə yoluxanların sayı 2500-3000 ətrafında dəyişir - bu dəyişmənin aktiv idarə olunması lazımdır. Buna "beşinci dalğa" deyə bilmərik, çünki hələ "dördüncü dalğadan" çıxa bilməmişik".
InterPress.ge xəbər verir ki, bu barədə Koordinasiya Şurasının iclasından sonra səhiyyə nazirinin müavini Tamar Qabunia məlumat verib.
Onun sözlərinə görə, əhalinin maskadan istifadə etməsinə qayıtması və sosial məsafəni qoruması lazımdır.
"Bunu xüsusilə araşdıracağıq, çünki son zamanlar bir qədər artım var, ancaq indiki rəqəm bir qədər qeyri -adi dərəcədə yüksəkdir. Son bir neçə gündə yoluxanların sayı 2500-3000 ətrafında dəyişir. Təbii ki, hərəkətlilik, vaksinasiyasının aşağı nisbəti bunu təşviq edəcək, çünki infeksiyanın yayılmasının qarşısını almaq üçün yetərli immun təbəqə yoxdur. Bu rəqəmlərin aktiv idarə olunması lazımdır. Buna "beşinci dalğa" deyə bilmərik, çünki hələ "dördüncü dalğadan" çıxa bilməmişik. Maskadan istifadə etmək və sosial məsafənin qorunması lazımdır və əs əsası vaksinasiya prosesi aktivləşməlidir", - deyə o söyləyib.


