Amiran Qamğrelidze: "Koronavirus dalğaları 2-3 aylıq fasilələrlə davam edəcək"
"Vaksinasiya faizi 60-70%-dən yuxarı qalxmazsa, pandemiya bitməyəcək və dalğalar 2-3 aylıq fasilələrlə davam edəcək".
InterPress.ge xəbər verir ki, Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze, Kovid 19 əleyhinə vaksinasiya və onun yavaş tempindən bəhs edib.
"Vaksinasiyanın ilk növbədə aşılanan şəxs üçün, sonra ailəsi və qohumları və ətrafındakı bütün insanlar üçün lazım olduğunu nəzərə almalıyıq. Buna görə də bütün işəgötürənlərdən xahiş edirəm ki, müəssisəsində vaksinasiya nisbətinin necə olduğu ilə maraqlansın. 60-70% aşılama nisbətinə çatmasaq, bu epidemiyaya nöqtə qoya bilməyəcəyik və iki ay, üç ay fasilələrlə fərqli intensiv dalğalara sahib olacağıq, bu isə ölkəyə həm insan, həm də iqtisadi itkilər gətirəcək", - Amiran Qamğrelidze deyib.


