07 
Okt
2021
13:31
486

12-15 yaş arası yeniyetmələr hansı hallarda koronavirusa qarşı peyvənd edilə bilər? - Nazir müavinindən açıqlama

Səhiyyə nazirinin müavini Tamar Qabunia, 12-15 yaş yeniyetmələr arasında koronavirusa qarşı kimlərin peyvənd ediləcəyini izah edib.

InterPress.ge xəbər verir ki, bu barədə Qabunia jurnalistlərə açıqlama verib.

Onun dediyinə görə, bu mərhələdə 12-15 yaşlı uşaqların aşılanması qərarı fərdi qaydada veriləcək.

"Uşaqların aşılanmasına gəlincə, 12-15 yaş arası uşaqlardan bu mərhələdə xroniki xəstəlikləri olan uşaqların aşılanmasını tövsiyə edəcəyik. Bir çox Avropa ölkəsi bu yaş qrupunda geniş şəkildə aşılama qərarı alsa da, biz bu mərhələdə yalnız 12-15 yaş arası xroniki xəstəlikləri olan uşaqlarda dayandıq. Tez-tez səyahətə ehtiyacı olan və ya başqa bir ölkədə peyvənd vurdurmuş və Gürcüstana qayıtdıqdan sonra ikinci doza ilə peyvənd olunmaq istəyənlərin tələbləri fərdi qaydada nəzərdən keçiriləcək və yerinə yetiriləcək", - deyə Qabunia bəyan edib.

Bizimlə əlaqə saxlayın