Nazir müavini məcburi vaksinasiya olacaqmı sualına açıqlama verdi
"Məcburi peyvəndləmə məsələsi hələ müzakirə ediləcək bir mövzu deyil və kəndlərdə yaşayan vətəndaşları peyvəndləmə barədə qərar almağa inandırmaq qaynaqları var".
InterPress.ge xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Tamar Qabunia deyib.
O, qurumun hələ də koronavirus əleyhinə peyvənd olunmamış vətəndaşları məlumatlandırmaq üçün fəal şəkildə işini davam etdirəcəyini söyləyib.
“Bu həftə şura formatında müzakirə edəcəyik. Bu həftə İdarələrarası Vaksinasiya Şurasının iclası keçiriləcək. Düşünürük ki, informasiya kampaniyası baxımından daha az fəallığın olduğu kənd yerlərində, xüsusən də ailə həkimlərinin əhalini fəal cəlb etmələrinə kömək edəcək qaynaq var. Peyvəndləmə ilə bağlı öz qərarlarını vermələri üçün yenə də təhsil işlərinə, ailə həkimlərinin qeydiyyatda olan şəxslərlə aktiv ünsiyyətinə ehtiyac var. Bir çox ölkələrin istifadə etdiyi yaşıl icazə kimi yüksək aktiv tədbirlər şəhər tipli qəsəbələrdə daha aktualdır. Şəhərlərdə bu mərhələdə ən yüksək əhatə dairəsinə sahibik, lakin bu hələ çatmaq istədiyimiz hədəf deyil və ilin sonuna planlaşdırılır. Bununla bağlı məsləhətləşmələr aparılır və gələcəkdə də aparılacaq.
Vətəndaşın əyləncə tədbirinə qatılması, bara, restorana gedə bilməsi üçün -vaksinasiya, infeksiya keçirdiyini təsdiqləyən sənəd və ya PISAR testindən keçməsi tələb olunur. Məcburi peyvəndləmə haqqında danışmırıq. Vaksinasiya istənilən halda könüllüdür, bu insanın fərdi qərarından asılıdır və hələ də peyvənd olunmamış vətəndaşlarımızın bu qərara daha tez gəlmələri istiqamətində çalışmağa davam edəcəyik", - Qabunia bəyan edib.


