ABŞ səfiri Marneulidə Saakaşvilinin həbs olunmasına münasibət bildirdi
ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan Marneuliyə səfər edib.
InterPress.ge xəbər verir ki, səfir ölkədə davam edən seçki prosesini qiymətləndirib.
Səfir Marneulidə seçki prosesi ilə tanış olarkən Mixail Saakaşvilinin həbs olunmasına münasibət bildirib.
"Ümid edirəm ki, seçkilərdən sonra siyasi liderlər əhalini, Gürcüstanı narahat edən məsələlər, kovid, iqtisadiyyat, yüksək qiymətlər üzərində çalışacaqlar. Gürcüstana qütbləşmə deyil, siyasi sabitlik lazımdır. Cənab Saakaşviliyə gəlincə, bu ədalətin nə qədər bərqərar olacağına dair Gürcüstan məhkəməsi üçün test olacaq. Əlbətdə ki, bu prosesi diqqətlə izləyirik və ümid edirik ki, hər şey Gürcüstan qanunvericiliyi və beynəlxalq öhdəliklərə uyğun baş tutacaq", - səfir bəyan edib.


