
Zaur Darğallı: “Saakaşvili Gürcüstanda deyil, nə də gəlməyəcək!”
Gürcüstan parlamentinin Marneuli-Qardabani üzrə majoritar millət vəkili Zaur Darğallı Sakaşvilinin Gürcüstanda olması ilə bağlı yayılan xəbərə münasibət bildirib.
InterPress.ge xəbər verir ki, o bu barədə öz facebook səhifəsində yazıb.
Z. Darğallı, Saakaşvilinin yaydığı videonun bir yalan olduğunu qeyd edir
“Çox gülməli bir vəziyyət yaranıb.
Öz tərəfdaşlarını hər il gəlmək şousu ilə aldadan insan bu dəfə də eyni yola əl atır, amma daha ucuz bir formada, yalandan Gürcustanda olduğunu deyərək.
Saakaşvili Gürcüstanda deyil, nə də gəlməyəcək!
Yayılan video hazırlanmış, amma çox keyyfiyətsiz hazırlanmış bir yalandır.
Ucuz şoularla ildən-ilə itirdiyi tərəfdaşlarının səsini qorumaq üçün atdığı bu addıma, sabah bizim qələbəmizdən sonra və tərəfdaşlarının (indi gəlişinə inananların) bunun böyük bir yalan olduğunu gördükdən sonra, çox güləcəyik.
Qələbəmizə 1 gün qaldı!”, - deyə Darğallı yazır.