30 
Sen
2021
22:52
1157

Mərkəz rəhbəri beşinci dalğa ilə bağlı açıqlama verdi

"Əhalinin böyük bir hissəsi peyvənd ediləcəyi təqdirdə beşinci dalğa nisbətən yüngül olacaq".

InterPress.ge xəbər verir ki, Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bu barədə jurnalistlərə açıqlama verib.

"Söhbət beşinci dalğadan gedir. Hamımız peyvənd olunsaq, Gürcüstanda beşinci dalğa yüngül olacaq. Peyvəndləmənin gücləndirilməsi üçün hazırlanmış paket, bazar ertəsi-çərşənbə axşamı təqdim ediləcək", - Qamğrelidze deyib.

Qamğrelidzenin qeyd etdiyinə görə, hazırda Gürcüstanda 570 min doza qədər "Pfizer" var və müddəti noyabr-dekabra qədərdir.

"Bu gün 570 min dozaya qədər (Pfizer) peyvəndimiz var, onlardan 150 mininin noyabrın sonuna qədər, qalanlarının dekabrın sonuna qədər müddəti var. Avropa Dərman Agentliyi flakonda yazılan bu müddəti daha üç ay uzatdı, amma buna ehtiyacımız yoxdur, "Pfizer"in mənimsənilməsi tempi o qədərdir ki, daha çox "Pfizer"ə ehtiyacımız var. Müraciət azaldı, ünsiyyət baxımından sizinlə daha çox işləmək istəyirik", - söyləyib Amiran Qamğrelidze.

Bizimlə əlaqə saxlayın