Mərkəz rəhbəri ölkədəki epidemioloji vəziyyətlə bağlı açıqlama verdi
"Gürcüstanda maska taxma nisbəti kritik həddən aşağıdır".
InterPress.ge xəbər verir ki, bunu Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.
Onun sözlərinə görə, maskadan istifadə etməklə yanaşı gündəlik peyvəndləmənin sayının da artırılması vacibdir ki, bu da immunitet yaradacaq və ölkə beşinci dalğanı rahat keçirəcək.
"Hələ də sakitlikdən uzaqıq, buna görə də verdiyimiz bütün tövsiyələrə əməl edilməlidir.
Xüsusilə maska taxma nisbəti ilə bağlı heç bir şey edə bilmədik, bir səviyyədə durur - kritik həddən aşağıda.
Kritik hədd - 50%-dir və indi 43% -ə sahibik. Bu pisdir. Bu rəqəmi 95%-ə çatdırsaq, dekabr ayına qədər 250 -yə yaxın insanın həyatını xilas edəcəyik.
Peyvənd haqqında tez-tez dediyimiz kimi, peyvənd olunsaq və gündəlik aşılamanı 20.000-25.000-ə qaldırsaq, soyuq dövrü, noyabr ayını nisbətən daha yaxşı immunitetlə qarşılayacağıq və bütün dünyada proqnozlaşdırılan 5-ci dalğa olarsa, onu daha asan keçəcəyik", - Qamğrelidze bəyan edib.


