27 
Sen
2021
14:58
648

Marneulidə Gürcü Arzusunun ofisində fövqəladə brifinq keçirildi

"Gürcü Arzusu"nun Marneuli qərargahında təcili brifinq keçirilib.

InterPress.ge xəbər verir ki, Parlamentin Marneuli, Qardabani üzrə majoritar deputatı Zaur Darğallı mövcud məsələ ilə bağlı çıxış edib.

Onun sözlərinə görə, "Milli Hərəkat" partiyası Şulaverdə Mixail Saakaşvilinin gəlişi tələbi ilə magistral yolu bağlayaraq aksiya keçirəcək. Darğallının dediyinə görə, qanunu pozan bütün şəxslər sərt şəkildə cəzalandırılacaqlar. 

"Yayılan məlumata əsasən, "Milli Hərəkat" partiyası Marneulinin Şulaver inzibati ərazi vahidliyində magistral yolu bağlayaraq, Mixail Saakaşvilin gəlişi tələbi ilə aksiya keçirməyi planlaşdırır. Bu, Milli Hərəkatın seçkiqabağı planlaşdırdığı destruktiv və təxribatçı hərəkətlərinin davamıdır və bu, Milli Hərəkat tərəfindən ölkənin müxtəlif bölgələrində praktiki olaraq hər gün baş verir. Seçkiqabağı kampaniya çərçivəsində, Marneulidə əhali ilə heç bir görüş keçirməyən partiya birbaşa provakasiyaya gedir. Aksiya çərçivəsidə, qaranlıq qüvvələr əhalidən istifadə edərək qanunsuz yürüş planlaşdırır və mərkəzi magistral yolu bağlamaq istəyirlər. Mövcud fakt həyata keçərsə, müvafiq orqanlar tərəfindən sərt tədbirlər görüləcək, bütün qanunu pozanlar və təxribatçılar qanunun tam sərtliyi ilə cəzalandırılacaqlar. Mövcud əlyazma sabitliyi pozmaq cəhdidir, çünki magistral yolu bağlayaraq əhali arasında qarşıdurma və mübahisəyə səbəb ola bilərlər. Hər bir vətəndaşı bu cür təxribatlardan çəkinməyə, seçkiqabağı kampaniyanın dinc keçməsini istəməyən destruktiv müxalifət qüvvələrinin təşkil etdiyi mitinqə qatılmamağa, qanlı rejim lideri  Mixail Saakaşvilinin  yalan gəlişi şüuru ilə əhali arasında mübahisə salmaqdan çəkinməyə, həmçinin Milli Hərəkatı təxribatlardan və gündəlik olaraq seçki mühitini süni şəkildə pisləşdirmək cəhdlərindən çəkinməyə çağırırıq", - Darğallı deyib.

Aksiyanın bu gün keçirilib-keçirilməyəcəyi sualına Zaur Darğallı bu barədə detallara girmək istəmədiyini deyib.

Bizimlə əlaqə saxlayın