25 
Sen
2021
22:24
452

Mer müavinləri uzanan və yarımçıq qalan infrastruktur layihələrində məsuliyyəti Tatuaşvilidə görürlər

Oktyabrın 2 -də seçkidə "Milli Hərəkat" adından iştirak edəcək, hakim partiya adından seçilən şəhərin hazırkı meri Qiorqi Tatuaşvilini mer müavinləri tək nəfərlik idarəçilikdə günahlandırırlar.

InterPress.ge xəbər verir ki,  Dmanisi əhalisi hələ də vəd edilmiş infrastruktur layihələrini gözləyir.  

Tatuaşvili bildirib ki, şəhərdə başladılan bütün işlər başa çatıb.

Dmanisidə, 9 Aprel Küçəsindəki idman sahəsinin 2020 -ci ilin dekabrında tamamlanması nəzərdə tutulurdu, lakin müqavilənin müddəti 8 dəfə  təxirə salınıb.

Mer müavinləri uzanan və yarımçıq qalan infrastruktur layihələrində məsuliyyəti Tatuaşvilidə görürlər. Arif Süleymanov və Badri Subari deyir ki, həqiqətdə Tatuaşvili onları tender komissiyasından kənarlaşdırıb.

Hakim komandanın namizədi 2 milyon lari dəyərində olan tenderlərin obyektiv araşdırılmasına ehtiyac olduğunu da deyir və araşdırmalardan sonra aidiyyəti qurumların işlərlə maraqlanacağını istisna etmir.

Qanun pozuntuları haqqında hesabat Dövlət Audit Bürosu tərəfindən yekunlaşdırılmalıdır. Daha sonra bələdiyyədə yarımçıq qalan layihələrlə bağlı araşdırma aparılıb -aparılmayacağı məlum olacaq.

Bizimlə əlaqə saxlayın