23 
Sen
2021
15:58
551

Wizz Air şirkəti bu istiqamətə uçuşlarını bərpa edir

Wizz Air şirkəti, Əbu Dabi, Barselona, ​​Vyana və Berlinə uçuşları bərpa edir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Hava Limanları Birliyindən məlumat verilib.

Aviareyslər koronavirus pandemiyası səbəbiylə dayandırılmışdı, ancaq artıq 4 yeni istiqamətə biletlər mövcuddur.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Wizz Air  ilə uğurlu danışıqlar nəticəsində Kutaisi Beynəlxalq Hava Limanından Kutaisi - Barselona uçuşları bərpa ediləcək, əlavə olaraq Wizz Air Avropanın digər iki şəhərinə - Vyana və Berlinə də uçuşları bərpa edib.

“Həmçinin, 16 dekabrdan etibarən ilk dəfə olaraq müntəzəm birbaşa uçuşlarla Yaxın Şərqə getmək mümkün olacaq. Söhbət həftədə iki dəfə həyata keçiriləcək Kutaisi-Əbu Dabi reysindən gedir”,-nazirlikdən bildirilib.

Bizimlə əlaqə saxlayın