Səhiyyə naziri ölkədəki epidemioloji vəziyyətlə bağlı xoş açıqlama verdi
"Epidemioloji vəziyyət həqiqətən də sakitləşir, ancaq qeyd etmək lazımdır ki, kəskin azalma müşahidə olunmur və bu da diqqətəlayiqdir. Yoluxma hallarının intensiv azalmağa davam etməsi üçün Səhiyyə Nazirliyi və Xəstəliklərə Nəzarət Mərkəzinin verəcəyi tövsiyələr barədə söhbətlər davam edir".
InterPress.ge xəbər verir ki, bunu səhiyyə naziri Ekaterine Tikaradze deyib.
Onun sözlərinə görə, bu mərhələdə klinikalarda çarpayı çatışmazlığı yoxdur.
"Bu mövzuda hələ dəqiq bir planımız yoxdur, lakin Nazirlik və Xəstəliklərə Nəzarət Mərkəzi arasında sıx əlaqə çərçivəsində bununla əlaqəli məsləhətləşmələr aparılır. Həmçinin digər mütəxəssislərlə də məsləhətləşmələr davam edir. Bu mərhələdə yer qıtlığımız yoxdur, amma təbii ki, səfərbərliyə davam edəcəyik", - Tikaradze deyib.


