20 
Sen
2021
14:27
586

Gürcüstanda koronavirus peyvəndinin üçüncü dozası bu şəxslərə vurula bilər

"Düşünürük ki, koronavirus peyvəndinin "buster" dozası tətbiq ediləcək şəxslər immuniteti zəif olan şəxslərdir".

InterPress.ge xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Tamar Qabunia deyib.

Onun sözlərinə görə, üçüncü və ya buster dozanın tətbiq edilməsi üçün ikinci peyvənddən 6-8 ay keçməlidir.

"Buster dozalarla əlaqəli deyə bilərəm ki, bu, ekspertlərin texniki qərarıdır. Bununla əlaqəli müəyyən elmi dəlillər var, beynəlxalq aləmdə üçüncü dozanın tətbiq edilməsi üçün 6-8 ayın keçməsi tövsiyə olunur və burada əsasən immuniteti zəif olan insanlardan danışırıq. Təbii ki, bizim üçün bu, buster dozalar haqqında danışacağımız ilk qrup olacaq. Qalanları Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən asılı olacaq və buster-dozaları dəstəkləcəyək kəskin tövsiyə yoxdur",- Qabunia bəyan edib.

Bizimlə əlaqə saxlayın