19 
Sen
2021
22:02
851

Amiran Qamğrelidze tədris prosesinin bərpa olunmasından danışdı

"Məktəblərdə vaksinasiya nisbəti aktivləşərsə, oktyabrın əvvəlindən etibarən məktəblərdə təhsil prosesini davam etdirmək imkanı olacaq".

InterPress.ge xəbər verir ki, bunu Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.

Onun sözlərinə görə, bunun üçün müəllimlərin, inzibati işçilərin və valideynlərin aşılanması vacibdir.

"Uşaqların oktyabrdan məktəblərə və siniflərə qayıtması üçün mövcud olan bütün qaydalara və tövsiyələrə riayət etmək üçün əlimizdən gələni etməliyik. Bunun ehtimalı var, çünki epidemioloji vəziyyət sabitləşməyə doğru gedir. Buna görə hamımız maskadan istifadə etməliyik, hamımız uşaqlarımız üçün, gənc nəslimizin siniflərinə qayıtmaları üçün aşılanmalıyıq. İlk növbədə müəllimlər və köməkçi heyət aşılanmalıdır. Həmçinin, məktəblərin daha təhlükəsiz olması üçün valideynlər də  aşılanmalıdır. Bunu gələcək nəsillərimiz üçün etməliyik, çünki təhsil ölkənin inkişafı üçün prioritetdir", - Qamğrelidze bəyan edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər