17 
Sen
2021
15:53
534

Mərkəz rəhbəri açıqlama verdi - Peyvənd olunanlara puldan əlavə başqa mükafatlarda verilə bilər

"Lotereyaya əlavə olaraq, bir neçə həvəsləndirici tədbirlər barədə müzakirələr gedir".

InterPress.ge xəbər verir ki, bunu Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze vebinarda deyib.

Onun sözlərinə görə, təşviq tədbirləri İdarələrarası Koordinasiya Şurası müvafiq qərarı qəbul etdikdən sonra elan olunacaq.

"Lotereyaya əlavə olaraq, bir neçə həvəsləndirici tədbirlər barədə müzakirələr gedir və hələlik bu barədə danışmaq istəmirəm, çünki qərarlar hələ qəbul edilməyib. Burada yeni bir velosiped yoxdur, bu, müvəffəqiyyətli ölkələrin immunizasiya prosesinin müxtəlif mərhələlərində istifadə etdiklərinin təkrarıdır və Koordinasiya şurası qərarı qəbul etdikdən sonra səsləndiriləcək. Həm təşkilatlar, həm də fərdlər üçün bir neçə ciddi həvəsləndirici tədbirinin müzakirə olunduğunu təsdiqləyirəm", - Qamğrelidze bəyan edib.

Bizimlə əlaqə saxlayın