13 
Sen
2021
15:55
474

Nazir çoxuşaqlı ailələrə verilən güzəştli ipoteka kreditindən danışdı

"Sentyabrın 1 -dən başlayan yeni proqramla artıq 11 -ə qədər ipoteka krediti dəstəklənib, onlardan beşi təsdiqlənib, altısı isə müzakirə prosesindədir".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava deyib.

Onun açıqlamasın görə, artıq çoxuşaqlı ailələr mənzil şəraitinin yaxşılaşdırılması üçün birgə maliyyələşdirmədən faydalanırlar.

"Bilirsiniz ki, sentyabrın 1 -dən etibarən "Gürcüstanda istehsal et" proqramlarını genişləndirilmiş formada təqdim etdik, yeni proqramlar işə salındı. Praktiki olaraq, o andan iki həftə keçdi. Əlbətdə ki, biznes aktivliyinin bütün miqyasda əks olunması üçün kifayət qədər vaxt yoxdur, amma artıq sizə deyə bilərəm ki, müxtəlif  banklardan məlumatlar alırıq ki, 11 -ə qədər ipoteka krediti yeni proqramla dəstəklənib və bunlardan beşi təsdiqlənib, altısı isə müzakirə prosesindədir. Çoxuşaqlı ailələrdən, üç və ya daha çox uşağı olan və ya yeni uşaqları olan ailələrindən bəhs edirik. Əsasən çoxuşaqlı ailələr bizim birgə maliyyələşdirməmizlə, faizi subsidiyalaşdırmağımızla mənzil şəraitinin yaxşılaşdırılması üçün bina ipoteka kreditindən faydalanırlar", - Natia Turnava bəyan edib.

Bizimlə əlaqə saxlayın