13 
Sen
2021
10:40
1162

Gürcüstanda peyvənd olunan şəxslərə pul verilməsinə başlanılır

"Aşılanmış insanları həvəsləndirmək üçün sentybrın 13-dən lotereya başlayır".

InterPress.ge xəbər verir ki, bu barədə İdarələrarası Koordinasiya Şurasının Operativ Qərargah rəisi Qiorqi Ğibradze məlumat verib.

Onun sözlərinə görə, "təsadüfi seçmə prinsipi ilə lotereya şirkəti aşılananlar üçün gündəlik olaraq pul mükafatı verəcək".

"Ümumi mükafat fondu 2 milyon 800 min lari olacaq. Lotereya ilin sonuna qədər gündəlik olaraq oynanılacaq. Gündəlik çəkilişlərə əlavə olaraq həftəlik yekun çəkilişlər də olacaq. 100 laridən başlayaraq müxtəlif mükafat fondları olacaq. Gündəlik 100 və 500 lari, həftəlik 1000, 1500, 5000 və 10 000 lari oynanacaq.

Final lotereyası ilin sonunda olacaq və mükafat fondu 100 min lari olacaq. Lotereya püşkatma prinsipinə əsaslanacaq", - deyib Ğibradze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər