10 
Sen
2021
20:18
1122

Süni şəkildə soyadı dəyişdirilmiş müxtəlif etnik mənşəli Gürcüstan vətəndaşlarının soyadlarını qaytara biləcəkləri qanunlayihəsi hazırlanır

İnsan Haqları və Vətəndaş İnteqrasiyası Komitəsinin sədri Mixeil Sargveladze, Komitə sədrinin müavini Savalan Mirzəyev və Parlament üzvləri Zaur Darğallı və İsko Dasen müxtəlif etnik mənşəli şəxslərin soyadlarının süni şəkildə dəyişdirilməsi və verilməsi ilə bağlı problemli məsələləri müzakirə etmək üçün işgüzar iclas keçiriblər. 

InterPress.ge xəbər verir ki, görüşdə Gürcüstan ədliyyə nazirinin müavini Tornike Geişvili və Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin nümayəndəsi də iştirak edib.

Komitə, soyadları süni şəkildə dəyişdirilmiş etnik azlıq Gürcüstan vətəndaşlarının (Yezidilər, Azərbaycanlılar da daxil olmaqla) tarixi-mədəni ənənələrinə uyğun olaraq formalaşdırılmış soyadlarını geri qaytara biləcək qanunvericilik dəyişikliyi üzərində işləyir.

Deputatlar və idarə nümayəndələri müxtəlif etnik mənşəli fərdlər üçün bu məsələnin əhəmiyyətindən danışıb, mövcud problemləri və onların həlli üçün lazım olan tədbirləri müzakirə ediblər. Həmçinin qanunlayihəsi də müzakirə edilib və fikir mübadiləsi aparılıb.

Müzakirə olunan məsələlər üzərində işləməyə davam etmək və problemləri ətraflı müzakirə etmək üçün görüş iştirakçıları əməkdaşlığı davam etdirmək və fikirlərini daha da bölüşmək barədə razılığa gəliblər.

"Müvafiq qanun layihəsi üzərində işin son mərhələsində, bu əməkdaşlıq, qanunun qüvvəyə minməsi üçün lazım olan hazırlıq işləri üçün lazım olan müddətlər də daxil olmaqla, müəyyən detallı qaydaların razılaşdırılması üçün xüsusilə vacibdir. Bundan sonra qanunlayihə müzakirə üçün Gürcüstan Parlamentinə təqdim ediləcək”, - Parlamenin açıqlamasında deyilir.

Bizimlə əlaqə saxlayın