Nazir epidemioloji vəziyyətlə bağlı xoş açıqlama verdi
"Ölkədə ölüm nisbəti əhəmiyyətli dərəcədə azalır və aşılama prosesi aktivləşib".
lnterPress.ge xəber verir ki, bu barədə səhiyyə naziri Ekaterine Tikaradze İmmunizasiya şurasının iclasından sonra deyib.
Onun sözlərinə görə, xəstəxana sektoruna təzyiq azalıb.
"Bu gün 2 571 hal qeydə alındı. Sağalanların sayının artıq yoluxma sayını keçməsi vacibdir və bu gün aktiv halların ümumi sayı 35 000-dir. Xəstəxana sektoruna təzyiq əhəmiyyətli dərəcədə azalıb, ancaq təbii ki, pasiyentlər hələ də xəstəxanalarda intensiv müalicə alırlar. Hazırda reanimasiya yatağında 380 nəfərimiz var, 1500 nəfər intensiv terapiya bölməsindədir. Ölkədə ölüm nisbətinin əhəmiyyətli dərəcədə azalması və aşılama prosesinin aktivləşməsi çox vacibdir. İlk dozlara qeydiyyat azalıb, buna görə də, bir daha əhalimizi çağırmaq istərdim ki, peyvənd bizi çətinliklərdən, ölüm hallarından qoruyur, aşılama prosesinə daha çox insanı cəlb etmək vacibdir", - nazir qeyd edib.


