Tamar Qabunia: "İnfeksiya hallarının sayı azalır və..."
"İnfeksiya hallarının sayı azalır və xəstəxana sektoru bu şəraitdə az da olsa rahatlaşdığını hiss edir".
InterPress.ge xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Tamar Qabunia deyib.
Qabunianın qeyd etdiyinə görə, hazırda xəstəxanalarda 8 895 çarpayı səfərbər edilib.
"Halların sayı müəyyən dərəcədə azalır və sabitləşmə əlamətlərimiz var. Xəstəxana sektoru bu vəziyyətdə bir az rahatlaşdığını hiss edir. Hazırda 8,895 çarpayı səfərbər edilib. Klinikalarda 6766, intensiv terapiya şöbəsində 1559, reanimasiyada 405 pasiyent var. Reanimasiya xəstələrinin sayında cüzi bir artım var.
Aşılamaya gəlincə, son 24 saat ərzində təxminən 25 min peyvənd vurulub ki, bu da pis bir rəqəm deyil, amma məqsədimiz gündə 30-35 min aşılama həyata keçirməkdir", - deyib Qabunia.


