07 
Sen
2021
14:03
1961

Nazir müavini məktəblərin açılması ilə bağlı ŞAD XƏBƏR VERDİ

"Bəzi məktəblərdə müəllimlərin 60% -i aşılanıb. Düşünürük ki, bütün bunlar 4 oktyabrdan etibarən məktəb mühitində təhsil almağa başlamaq üçün yaxşı bir şərait yaradacaq".

InterPress.ge xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Tamar Qabunia bu gün Koordinasiya Şurasının iclasından sonra açıqlama verib.

Qabunianın dediyinə görə, son günlərdəki tendensiya ümidvericidir. Onun sözlərinə görə, infeksiyanın azalma sürəti, eləcə də müəllimlərdə peyvəndləmə nisbəti yaxşıdır, amma tələbələr də daha fəal olmalıdırlar.

“Universitet mühitində təhsilin başlaması prosesi daha diqqətəlayiqdir. Tələbələrin peyvənd olunma tempi yüksək deyil. Universitet mühitində müəllimlərlə birlikdə tələbələrin də aktivləşməsi və vaxtında peyvənd olunmaları vacibdir", - Tamar Qabunia deyib.

Bizimlə əlaqə saxlayın