Nəqliyyata tətbiq olunan məhdudiyyət uzadılacaqmı sualına cavab verildi
"Nəqliyyata tətbiq olunan məhdudiyyətlərin uzadılıb-uzadılmayacağı hələ bilinmir".
InterPress.ge xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Tamar Qabunia deyib.
Qabunianın dediyinə görə, qərar epidemioloji vəziyyətdən asılı olacaq.
Onun sözlərinə görə, bu mərhələdə tendensiya müsbətdir və bələdiyyə nəqliyyatının işini bərpa etmək üçün ümidvericidir.
"Nəqliyyata tətbiq edilən məhdudiyyətin daha da uzadılıb-uzadılmayacağına epidemiya mənzərəsinin təhlili cavab verəcək. Hələlik tendensiya müsbətdir və bələdiyyə nəqliyyatının işini bərpa etmək üçün ümidvericidir. Həmçinin müsbət nisbətin 4%-dən aşağı olacağı kəndlərdə və şəhərlərdə məktəblərdə tədrisinin tezliklə bərpa edilməsi çox vacibdir, amma hələ bu məhdudiyyətlər rejimindəyik və vəziyyəti müşahidə etməliyik", - Qabunia bildirib.


