06 
Sen
2021
15:40
368

Mopedlərin qeydiyyatı bu tarixdən məcburi olacaq

Mopedlərin qeydiyyatı 1 mart 2022 -ci ildən etibarən məcburi olacaq.

InterPress.ge xəbər verir ki, Parlamentin Hüquq Məsələləri Komitəsi, ikinci oxunuşda, mopedlərin mexaniki nəqliyyat vasitələrinə bərabər olduğu və onlara hər hansı mexaniki nəqliyyat vasitəsi üçün qoyulan eyni tələblərin tətbiq olunacağı qanunvericilik təşəbbüsünü müzakirə edib.

“Moped sürücüləri mopedləri qeydiyyatdan keçirməli və yeni növ - AM kateqoriyalı sürücü vəsiqəsi almalı olacaqlar. Mopedlərin qeydiyyatı 1 mart 2022-ci ilə qədər könüllü, 1 mart 2022-ci ildən etibarən məcburi olacaq",- daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze bildirib.

Qanun layihəsində nəzərdə tutulan başqa bir dəyişiklik, sürücülük imtahanının praktiki hissəsinin iki mərhələdən ibarət olmasıdır.

Aleksandre Daraxvelidzenin sözlərinə görə, dəyişikliklərin əsas istiqamətlərindən biri Assosiasiya gündəliyi üzrə öhdəliklərin yerinə yetirilməsidir ki, nəticədə Gürcüstan sürücülük vəsiqələrini Avropa ölkələrinin sürücülük vəsiqələri ilə dəyişdirmək mümkün olacaq.

Bizimlə əlaqə saxlayın