Məktəblər 4 oktyabrdan sonra açılacaqmı sualına nazir müavini belə cavab verdi
"Məktəblərdə və universitetlərdə tədris prosesinin akademik mühitdə yenilənməsi eyni dərəcədə vacibdir və bunun üçün şagird və müəllimlərin aşılanması lazımdır".
InterPress.ge xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Tamar Qabunia deyib.
"Məktəblərdə və universitetlərdə tədris prosesinin akademik mühitdə yenilənməsi eyni dərəcədə vacibdir. Şagird və müəllimlərin peyvənd olunmaları hələ də vacibdir. Bəzi tələbələr peyvəndləmədə iştirak edir, ancaq daha çox aktivliyə ehtiyac var", - Tamar Qabunia bildirib.
Eyni zamanda həm şagirdlərin, həm də müəllimlərin bir hissəsi artıq aşılandığı üçün məktəblərin və universitetlərin açılması məsələsinin müzakirə edilib-edilmədiyi sualına, Qabunia bu məsələnin hələ müzakirə edilmədiyini söyləyib.
Xatırladaq ki, İdarələrarası Koordinasiya Şurası 31 avqust tarixində məktəblərdə tədris prosesinin sentyabrın 15 -dən oktyabrın 4 -dək distant şəkildə həyata keçirilməsinə qərar verib.


