Nazir müavini ictimai nəqliyyatın nə vaxt bərpa olunacağını açıqladı
"Həyati risklər azaldıqdan sonra və önümüzdəki günlərdə gözlədiyimiz baş tutduqda ictimai nəqliyyatın hərəkəti bərpa olunacaq".
InterPress.ge xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Tamar Qabunia məlumat verib.
Onun sözlərinə görə, İdarələrarası Koordinasiya Şurasının həyati risklərlə bağlı tətbiq etdiyi məhdudiyyətlər aradan qaldırılacaq.
"Epidemiyanın sürətlə yayılması ilə əlaqəli həyati risklərdən bəhs edirdik. Bu cür həyati risklərlə qarşılaşdığımızda, bu digər sosial və biznes ehtiyaclarından üstündür. Risklər azaldıqdan sonra və önümüzdəki günlərdə gözlədiyimiz baş tutduqda ictimai nəqliyyatın hərəkəti bərpa olunacaq, həyati risklərlə bağlı məhdudiyyətlər aradan qaldırılacaq. İşə getmək üçün nəqliyyata ehtiyacımız olduğunu başa düşürük. Məktəblərin açılması son dərəcə vacibdir, lakin keçən ay epidemiyanı idarə etmək baxımından bizim üçün böyük bir həyat riski oldu", - Tamar Qabunia bildirib.
Tamar Qabunianın qeyd etdiyinə görə, vətəndaşların xüsusilə peyvənd mərkəzlərinə getməmələri üçün nəqliyyat vasitələri ayrılıb.
"Tbilisi, Kutaisi, Rustavi şəhərlərində avtobuslar xüsusi olaraq aşılama məqsədi ilə hərəkət edir, burada gün ərzində bir briqada işləyir və aşılama sayı təxminən 70 ilə 100 arasında dəyişir. Bu da vətəndaşa hərəkət etməkdə çətinlik çəkdiyi halda avtobusda peyvənd olunma imkanı yaradır. Nəqliyyatın bu gün işləməməsinə baxmayaraq, coğrafi əlçatımlığın kifayət qədər yüksək olduğunu düşünürəm, çünki vətəndaşlara alternativ nəqliyyat vasitələri ilə xidmət göstərilir. Bununla belə, aşılamanın yavaşlamasının səbəbi bu ola bilməz, çünki nəqliyyatın hərəkəti məhdudlaşdırılanda aşılama kifayət qədər yüksək idi. Başqa səbəbləri daha çox axtarmalıyıq, bu səbəblərə təsir etmək vacibdir", - Tamar Qabunia deyib.


