Marneuli şəhər meriyasında, Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Gamkrelidze, müavini Paata İmnadze, mərkəzin nümayəndəsi Xatuna Zaxaşvilinin qatıldığı iclas keçirilir.
InterPress.ge xəbər verir ki, iclasda Marneuli meri Zaur Darğallı, Kvemo Kartli qubernatoru Şota Rexviaşvili, Marneuli Xalq Sağlamlığı Mərkəzinin və Bolnisi Xalq Sağlamlığı Mərkəzinin nümayəndələri iştirak edir.
Məlumata görə, iclasda bölgələrdə epidemik partlayışların qarşısını almağın yolları müzakirə olunur.


