“Koordinasiya Şurası bu gün əlavə qərarlar qəbul etdi. Həm dövlət, həm də özəl uşaq bağçaları oktyabrın 4 -dək fəaliyyət göstərməyəcək".
InterPress.ge xəbər verir ki, bunu Hökumət Administrasiyasında keçirilən brifinqdə İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəisi Qiorqi Ğibradze deyib.
Ğibradzenin sözlərinə görə, ictimai nəqliyyatda mövcud məhdudiyyətlər sentyabrın 13 -dək uzadılacaq və bütün ölkə üzrə məktəblərdə tədris prosesi sentyabrın 15 -dən oktyabrın 4 -dək distant rejimdə bərpa olunacaq.
Həmçinin maska taxma qaydası həm qapalı, həm də açıq məkanda məcburi olaraq qalır.
