30 
Avq
2021
20:33
813

Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze yolunun 88-ci kilometrində yerləşən Qori yol tunelində profilaktik işlərin aparılması məqsədi ilə 31 avqust 2021-ci il saat 00: 00-dan 04: 00-dək tunelin Senaki-Tbilisi hissəsi və 31 avqust saat 04: 00-dan 08: 00-dək tunelin Tbilisi-Senaki hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Avtomobil Yolları Departamenti məlumat yayıb. 

Məlumata görə, Senaki-Tbilisi yol tunelinin bağlanması zamanı nəqliyyat vasitələrinin hərəkəti daxili əhəmiyyətli Qori tunellərinin giriş yoluna keçəcək. Yol tunelinin Tbilisi-Senaki istiqamətinin bağlanması zamanı nəqliyyat axını tunelin Senaki-Tbilisi istiqamətinə, Senaki-Tbilisi istiqaməti daxili əhəmiyyətli Qori tunellərinin giriş yoluna keçəcək.

Hərəkət patrul polisinin birbaşa nəzarəti və koordinasiyası altında həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər