Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti noyabrın 1-i saat 06:00-dək uzadılıb.
InterPress.ge-nin məlumatına görə, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov qərar imzalayıb.
