Koronavirusa yoluxmuş 19 yaşlı qız doğuşdan sonra öldü
Tbilisidə İ. Bokeria Universiteti Xəstəxanasında, koronavirusa yoluxmuş 19 yaşlı qız doğuşdan sonra ölüb.
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəxananın klinik direktoru Aleksi Vaçadze məlumat verib.
Məlumata görə, hadisə gecə yarısı baş verib.
Onun sözlərinə görə, yeni doğulan uşağın sağlamlıq vəziyyəti qənaətbəxşdir və həyatı üçün təhlükə yoxdur.
"Hadisə dünən baş verdi, o, iyulun 30-da klinikamıza kovid diaqnozu ilə gəlmişdi. Xəstəxanaya daxil olanda artıq tənəffüs yollarında ciddi problemlər yaranmışdı. O, avqustun 1-də qeysəriyyə əməliyyatı keçirdi. Vəziyyətin ağırlaşması digər orqan sistemlərinə təsir etdi və təəssüf ki, dünən öldü. Uşağın vəziyyəti stabildir, səhhətində heç bir problem yoxdur, yaxında evə buraxılacaq" - dedi Aleksi Vaçadze.


