26 
Avq
2021
16:47
552

ADDF dünyada yaşayan azərbaycanlıları Türkiyədə keçiriləcək olan Diaspor Gənclərinin II Görüşü layihəsində iştirak etməyə dəvət edir - Qeydiyyat başlayıb

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu Türkiyənin Ankara şəhərində keçiriləcək Diaspor Gənclərinin II Görüşü layihəsində iştirak etməyə dəvət edir.

InterPress.ge xəbər verir ki, görüş 24 sentyabrdan başlayaraq 27 sentyabradək davam edəcək.

Daha ətraflı Diasporun yaydığı müraciəti təqdim edirik:

“Əziz gənclər,

Sizi 24-27 sentyabr 2021-ci il tarixlərində Türkiyənin Ankara şəhərində keçiriləcək Diaspor Gənclərinin II Görüşü layihəsində iştirak etməyə dəvət edirik.

Layihənin məqsədi:  Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər  yeni bir mərhələyə qədəm qoyan Azərbaycan diasporunun pandemiya və Vətən müharibəsi dövründə nümayiş etdirdiyi birlik və həmrəyliyi qoruyub saxlamağa çalışmaq, döyüş meydanında qazandığımız qələbəni diplomatiya və diaspor, lobbiçilik sahəsindəki uğurlu fəaliyyətimizlə daha da möhkəmləndirmək və yeni fəaliyyət proqramlarının icrasının müzakirəsi məqsədilə vahid platforma ətrafında yenidən  bir araya gətiriləcəkdir. Layihə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin otuzuncu il dönümü və xalqımızın şanlı qələbəsi ilə nəticələnən Vətən müharibəsinin birinci il dönümünə həsr olunur.

Layihənin proqramı haqqında: Layihədə Azərbaycan diasporunun fəal üzvləri, rəsmi və tanınmış şəxslərlə görüşlər, qrup müzakirələri və əyləncəli-maarifləndirici panellər keçiriləcək, iştirakçılar sertifikatlarla təltif olunacaqlar.

Xərclər: Layihədə iştirak xərcləri (yol xərcləri, viza, yerləşmə, qidalanma və PCR testləri) təşkilatçılar tərəfindən tam şəkildə qarşılanacaqdır.

Müraciət prosesi: Aşağıda göstərilmiş bütün sənədlər 5 sentyabr 2021-ci il tarixinə qədər http://www.diaspora.foundation/qeydiyyat keçidi vasitəsi ilə elektron şəkildə təqdim olunmalıdır.

Layihədə iştirak etmək istəyən şəxslərlə müraciət müddəti bitdikdən sonra Təşkilat Komitəsi tərəfindən əlaqə saxlanılacaq və namizədlər video müsahibəyə dəvət ediləcəklər. Yekun seçim müsahibə müddəti tam bitdikdən sonra açıqlanacaqdır.

Email: [email protected]

Tel./WhatsApp: +994507622595

Facebook: https://www.facebook.com/AzDiasporaFund

Instagram: @azdiasporafund

Twitter: @azdiasporafund”, - deyə müraciətdə bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər