24 
Avq
2021
14:36
1182

Seçkilər təxirə salınacaq? - AÇIQLAMA

"Şuranın bugünkü iclasında 2 oktyabr tarixinə təyin olunan yerli özünüidarəetmə seçkilərinin təxirə salınması  məsələsi müzakirə edilmədi".

InterPress.ge xəbər verir ki, bu barədə İdarələrarası Koordinasiya Şurasının Operativ Qərargah rəisi Qiorqi Ğibradze məlumat verib.

Onun brifinqdə dediyinə görə, hər şey elə planlaşdırılacaq ki, qarşıdan gələn seçkilər təhlükəsiz mühitdə keçsin.

"Gələcəkdə bu barədə nələrin müzakirə ediləcəyin deyə bilməyəcəyəm, baxmayaraq ki, hazırkı mərhələdə belə bir məsələ müzakirə olunmayıb.  Planlaşdırılan seçkilərin mümkün qədər təhlükəsiz keçirilməsini təmin etmək üçün Mərkəzi Seçki Komissiyası ilə çox sıx iş aparılır. Epidemioloji baxımdan protokollar üzərində çalışılır və əminəm ki, hər şey elə planlaşdırılacaq ki, qarşıdan gələn seçkilər təhlükəsiz mühitdə keçirilsin", - Ğibradze deyib.

Bizimlə əlaqə saxlayın