Baş nazir bu gün Ukraynaya rəsmi səfər edəcək
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili bu gün Ukraynaya üç günlük rəsmi səfər edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Bu gün, avqustun 21 -də Baş naziri Lvovda ukraynalı həmkarı Denis Şmiqal qarşılayacaq.
Rəsmi səfər çərçivəsində avqustun 22 -də Gürcüstanın Baş naziri Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.
Ukraynanın Nazirlər Kabinetində İrakli Ğaribaşvili ilə Denis Şmiqal arasında üz-üzə görüş keçiriləcək, bundan sonra iki ölkənin hökumət üzvlərinin iştirakı ilə danışıqlar geniş tərkibdə davam edəcək. Gürcüstan və Ukraynanın Baş nazirləri mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.
Rəsmi səfər çərçivəsində Gürcüstanın Baş naziri Ukrayna Ali Radasının sədri Dmitri Razumkovla görüşəcək.
İrakli Ğaribaşvili naməlum əsgərin məzarı önünə əklil qoyacaq və Holodomor Memorialında qurbanların xatirəsini ehtiramla yad edəcək.
Avqustun 23 -də Gürcüstanın Baş naziri dövlətlərin liderləri ilə birlikdə Krım Platformasının Sammitində iştirak edəcək və bunun çərçivəsində birgə bəyannamə hazırlanacaq.
Baş nazirin başçılıq etdiyi Gürcüstan nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini, xarici işlər naziri Davit Zalkaliani, müdafiə naziri Guanşer Burguladze və Hökumət Administrasiyasının rəhbəri İlia Darçiaşvili daxildir.