20 
Avq
2021
22:32
1604

Saakaşvili ölkədəki epidemioloji vəziyyəti belə şərh etdi

"İvanişvilinin, Tikaradzenin, "müşketyorlar"ın gecə necə yatdıqları təsəvvüredilməzdir. Onların verdikləri qərarlar minlərlə insanın ölümü ilə birbaşa bağlıdır - İvanişvili ilə ölüm sinonimdir".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Facebook -da yazıb.

Onun sözlərinə görə, Gürcüstan adambaşına düşən ölüm sayına görə dünyada birinci yerdədir.

"Qərarlarının birbaşa nəticəsi olaraq hər gün bir çox insan əzab içində öldüyü halda, necə Allahdan qorxmurlar. 

Gürcüstan, adambaşına düşən ölüm sayına görə dünyada birinci yerdədir, kovid ilə mübarizə aparmaq üçün beynəlxalq dostlar tərəfindən ayrılan milyardlar onların villalarının tikintisinə xərcləndi. Ölümü məğlub etməyin yeganə yolu İvanişvilini məğlub etməkdir - tezliklə Gürcüstanda", - Saakaşvili yazıb.

Bizimlə əlaqə saxlayın