Gürcüstanda təhsil distant rejimdə başlaya bilərmi?
"Hazırkı vəziyyərə görə, mövcud epidemioloji vəziyyət o qədər ağırdır ki, indi təhsil prosesi olsaydı, bunun distant rejimə keçməsindən danışardıq".
InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.
Onun sözlərinə görə, təhsil prosesinin distant və ya məktəblərdə başlayacağı epidemioloji mənzərədən asılı olacaq.
"Təhsil prosesinə gəlincə, təhsil prosesinə başlamaq barədə danışmaq üçün hələ tezdir, çünki hər şey epidemioloji mənzərədən asılıdır. Hazırda mövcud epidemioloji vəziyyət o qədər ağırdır ki, hazırda təhsil prosesi olsaydı, təhsil prosesinin distant rejimə keçməsindən danışardıq, ancaq gəlin epidemioloji mənzərənin necə inkişaf edəcəyinə baxaq. Tədris prosesinin başlanğıc tarixi yaxınlaşanda məsələni müzakirə edəcəyik və müvafiq qərar verəcəyik", - nazir müavini deyib.


