Tamar Qabunia: "Koronavirusa yoluxanların 98 faizindən çoxu vaksinaisya olunmamış insanlardır"
“Biz martdan 17 avqusta qədər virusa yoluxanların analizini etdik, o cümlədən peyvənd olunanların sayına müvafiq olaraq, yoluxanların 98 faizindən çoxu vaksinaisya olunmamışdı”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə nazirinin müavini, Tamar Qabunia bildirib.
“Reanimasiya şöbəsində müalicəyə əgldikdə, reanimaisyada bu vaxta qədər müalicədən təxminən 3 500 insan keçdi, onlar arasında bir dəfə vaksinasiya olunan təxminən bir faizə qədər idi və iki dəfə vaksinasiya olunanlar 0.3 faizi idi. Bu 3 500 insandan reanimasiyaya iki dəfə vaksinasiya olunanların bir-iki halı düşdü. Bu deməkdir ki, vaksina real olaraq işləyir, hospitallaşdırmadan və ağır halların inkişafından qoruyur. Bu da daha bir əsas səbəbdir ki, biz vaksinasiya etməliyik”, – Tamar Qabunia bildirib.


