19 
Avq
2021
12:04
1992

Peyvənd məcburi olacaqmı sualına nazir müavini belə cavab verdi

“12 yaşından yuxarı  şəxslər üçün koronavirusa qarşı peyvənd edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsini gözləyəcəyir”.

InterPress.ge xəbər verir ki, bu sözləri Gürcüstanın Səhiyyə Nazirinin müavini Tamar Qabunia söyləyib.

“Bu prosesin artıq başladığı ölkələrdə 12 yaşdan yuxarı uşaqlar üçün peyvənd Pfizer, Moderna peyvəndi ilə aparılır. Sinofarm peyvəndi də Çində bu yaş qrupunda istifadə üçün icazə aldı. Biz hələ də Ümumdünya Səhiyyə Təşkilatının bu yaş qrupunda aşılamaya başlamaq üçün tövsiyəsini gözləyirik, bu çox vacibdir, çünki epidemiyanı dayandırmaq üçün bütün yaş qruplarının eyni dərəcədə qorunması vacibdir”, – deyə Tamar Qabunia bildirib.

12 yaşından yuxarı şəxslərin peyvəndləmə qərarından sonra məktəblərdə aşılanmanın məcburi olub-olmayacağı sualına gəlincə, Qabunia peyvəndin könüllü olduğunu söyləyir.

“Peyvənd heç bir halda məcburi olmayacaq, peyvənd könüllüdür. Xəstənin hüquqlarına və hüquqi çərçivəyə əsaslanaraq, bu hər bir insanın fərdi qərarıdır” dedi Tamar Qabunia.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər