18 
Avq
2021
12:33
771

Yeddi aylıq hamilə qadın koronavirusdan vəfat etdi

Koronavirus 7 aylıq hamilə qadının həyatına son qoyub.

InterPress.ge xəbər verir ki, gənc qadın Bokeria Klinikasında müalicə olunub.

Səhiyyə naziri Ekaterine Tikaradzenin dediyinə görə, həkimlər əllərindən gələni ediblər, amma müsbət nəticə ala bilməyiblər.

"Əlbəttə ki, ağırlaşmaların səbəbləri müxtəlifdir. Burada həkimlərin və ya klinikaların peşəkarlığından söhbət gedə bilməz. Adətən xəstəlik heterojendir və təəssüf ki, bütün xəstələrin xilas ola bilməyəcəyini müşahidə edirik. Bütün həkimlər bütün xəstələrin həyatını xilas etməkdə maksimum iştirak edirlər.  Əminəm ki, həkimlər əllərindən gələni etdilər, amma nəticə ala bilmədilər", - səhiyyə naziri bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər