13 
Avq
2021
15:29
641

“Milli Hərəkatın” üzvü Gürcü Arzusunun seçkilərlə bağlı araşdırmasına münasibət bildirdi

“Kimsə inanırsa ki, “Gürcü Arzusunun” reytinqi 20 faizlə artıb, reallığın qavrayış və adekvatlıqdan çox uzaqdadır”.

InterPress.ge xəbər verir ki, bu barədə “Milli Hərəkatın” üzvü, David Kirkitadze “Gürcü Arzusunun” daxili sorğusu ilə bağlı münasibət bildirib.

“Bu konkret suala gəldikdə, ictimaiyyətin özü qərar versin, ötən il “Gürcü Arzusnun” sədri və lideri Bidzina İvanişvili idi, onların baş naziri Giorgin Qaxariya idi, onlar minlərcə saxtakarlıq törədəsi oldular ki, seçkilərin nəticəsinə 48 faiz yazsınlar. Ötən ildən sonra, kimsə inanırsa ki, “Gürcü Arzusunun” reytinqi 20 faizlə artıb, reallığın qavrayış və adekvatlıqdan çox uzaqdadır. Bu sorğu barəsində bunu deyə bilərəm, başqa heç nə. Gürcüstan vətəndaşları qərar versinlər, “Gürcü Arzusu” bunu nəyə görə edir və istəyir ki, ölkəmizin vətəndaşlarını inandırsın ki, “Gürcü Arzusu” ötən ildən bu ilə kimi o qədər etdi ki, onların reytinqi 20 faizlə artdı. Bu ki, tamamilə absurddur, buna heç kim inanmır”, – deyə Kirkitadze qeyd edib.

Qeyd edək ki, bu gün “Gürcü Arzusu” Tbilisidə sosioloji sorğu nəticələrini dərcetdi. Sorğuya əsasən, Kaxa Kaladzenin 66.2 faiz, Nikanor Meliyanın isə 33.8 faizi dəstəkçisi var.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər